Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi tam şəkildə fəaliyyə başlayıb. Azərbaycan
sərhədçiləri yüksək peşəkarlığı sayəsində vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət mühitində baş verir. Kadrlardan da göründüyü kimi Ermənistan rəsmilərinin Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə” aparılması və Laçın yolunun “blokadaya alınması” ilə bağlı açıqlamaları növbəti təbliğat hiyləsindən başqa bir şey deyil. Laçın yolunun girişində sərhəd-keçid məntəqəsində təhlükəsizlik və nəzarət təmin olunub, sərhədi keçməkdə heç bir problem yoxdur. Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.