LAÇIN VƏ KƏLBƏCƏR TURİZM MƏKANINA ÇEVRİLƏCƏK
Baxış sayı: 908
Laçın və Kəlbəcər rayonları da daxil olmaqla işğaldan azad olunan ərazilərin inkişaf konsepsiyası həm iqtisadi, həm də sosial inkişafı təmin edəcək. Bu isə həmin torpaqlarla yanaşı, bütövlükdə Azərbaycanın tarazlı inkişafına zəmin yaradacaq. 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan ərazilərimizin böyük iqtisadi potensialı mövcuddur. Heç şübhəsiz azad olunan digər ərazilər kimi, strateji əhəmiyyət daşıyan Laçın və Kəlbəcər rayonları da, bərpa və yenidənqurmadan sonra Azərbaycan iqtisadiyyatının inkişafına müsbət töhfə verəcək. Həmin rayonların çox böyük potensialı isə, mühüm layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır.