Üç gündən artıqdır ki, Laçın sərhəd keçid məntəqəsində erməni təxribatı davam edir. Bir neçə gün bundan əvvəl İrəvandan Azərbaycanın Qarabağ iqtisadi zonasına
humanitar yüklərin daşınması adı altında toplanmış avtomobil karvanı 3 gündən artıqdır ki, Ermənistan tərəfdə dayanıb, Laçın sərhəd keçid məntəqəsindən keçməyə cəhd göstərirlər. Lakin Azərbaycan tərəfi ciddi şəkildə bildirib ki, yüklər bu keçid məntəqəsindən keçməyəcək. Onlara Qarabağ iqtisadi zonasında yaşayan etnik ermənilərə çatdırmaq istədikləri humanitar yükləri yalnız Ağdam-Xankəndi yolu ilə daşıya biləcəkləri, dəfələrlə bildirilib. Əgər həqiqətən də Xankəndində dırnağarası böhran yaşanırsa, yol açıqdır. İstər Bərdə, istərsə də Ağdamdan bu yükləri daşımaq mümkündür. Ancaq görünən odur ki, məqsəd tam başqadır. Onların fikri yaratdıqları bu şounu ictimailəşdirməkdir. Maraqlı burasıdır ki, dırnağarası humanitar yükü daşıyanlar 25 km.-lik rahat yolu qoyub, İrəvandan gələn 300 km.-lik uzun yoldan istifadə etmək istəyirlər. Daha bir düşündürücü məqam isə ondan ibarətdir ki, bu gün Qarabağa humanitar yük çatdırmaq üçün əl-ayağa düşən Spayka şirkəti, hələ II Qarabağ müharibəsi dövründə Gürcüstandan-Ermənistana qanunsuz silah daşımağa cəhd etmişdi. Özlərini demokratiyanın az qala tanrısı hesab edən Avropalılar sizdən soruşuram - siz qanunsuz silah daşımağa cəhd göstərən, müharibədə ölən əsgərlərin real sayını gizlətmək üçün onların cəsədlərini saxlayan bu maşınları, ölkənizə buraxardız? Cavabı sizin vicdanınıza buraxıram.