LAÇIN DƏHLİZİ ERMƏNİLƏRİN ÜZÜNƏ BAĞLANDI
Baxış sayı: 474
Avqust ayının 30-dan etibarən Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar. Yoldan istifadə ilə bağlı videonu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev öz tviter hesabında paylaşıb. Görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiklərini görmək olur. Xatırladaq ki, Ermənistan mediası daha əvvəl Laçın dəhlizinə alternativ olan yeni yolun avqustun 30-u axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacağı barədə məlumat yayıb. Bəs Laçın dəhlizinə alternativ olan yeni yolun açılması Azərbaycana nə verəcək ?
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir, onun 10 kilometri Ermənistan ərazisində yerləşir.