KORONAVİRUSUN “DELTA” ŞTAMI AZƏRBAYCANA GƏLƏ BİLƏR
Baxış sayı: 1070
Koronavirusun “delta” ştamının Azərbaycana gəlmə ehtimalı var. İki ay bundan öncə Hindistandan birbaşa və ya əvvəl sözügedən ölkədə olub, ikinci ölkədən Azərbaycana gələn vətəndaşlar sərhəddə təkrar COVİD-19 testi olunur, 14 gün ərzində özünütəcrid rejimində gözləməlidir. Bu kimi tədbirlər “delta” və ya “delta+” ştamlarının ölkəmizə gəlməyinin qarşısını ala bilər. Buna baxmayaraq digər ölkələrlə təcrid olunmadığına görə, “delta” ştamlarının Azərbaycana gəlmə ehtimalı var. Bu fikirləri TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor Akif Qurbanov bildirib.Sinxron_ AKİF QURBANOV / TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor