KOREYA SƏFİRİ QUBADA OLUB
Baxış sayı: 472
Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Li İn-Yonq Quba rayonuna səfər edib. Səfir Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Rayon rəhbəri qonağı salamlayaraq, şəhərin tarixi, sosial-iqtisadi inkişafı, turizm imkanları və son vaxtlar həyata keçirilən layihələr barədə ətraflı bilgi verib. Görüşdə icra başçısı Ziyəddin Əliyev vurğulayıb ki, Azərbaycanla Koreya oxşar mədəniyyəti, adət - ənənələri və dəyərləri bölüşür. Ölkələrimiz arasında siyasi əlaqələrlə birlikdə iqtisadi əlaqələr də inkişaf edir. Dost Koreyanın bir çox şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olmuşdur. Bu səfərlər zamanı bir sıra mühüm sazişlər imzalanmışdır. Sonra qonağa xatirə hədiyyəsi təqdim olunub. Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq şəhərin davamlı inkişafını yüksək qiymətləndirib. Qonaq diqqətə çatdırdı ki, Azərbaycan Koreya üçün mühüm əhəmiyyət kəsb edir. Koreya Cənubi Qafqazın bu bölgəsinə, yəni Azərbaycana xüsusi maraq göstərir və gələcəkdə də əlaqələrini dərinləşdirmək istəyir. Səfir səmimi qarşılanmaya və yüksək qonaqpərvərliyə görə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə minnətdarlıq edib. Qonaq görüşdən sonra Quba şəhərinin ən böyük ticarət mərkəzi ilə tanış olub.