KOMANDAMIZ DAHA BİR MEDAL QAZANDI
Baxış sayı: 741
Millimiz V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb. Üç təkanla tullanmada yarışan atletimiz Aleksis Kopello 16,40 metr nəticə ilə gümüş mükafatın sahibi olub. Bu növdə türkiyəli Necatı Er 1-ci, seneqallı Faye Amat isə 3-cü yeri tutub. Bununla da komandamızın İslamiadada qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl çəkicatma növündə Anna Skidan qızıl, taekvondoçumuz Həşim Məhəmmədov isə bürünc mükafatın sahibi olub. Qeyd edək ki, avqustun 18-dək davam edəcək 5-ci İslam Həmrəyliyi Oyunlarında 24 növdə 483 dəst medal uğrunda mübarizə gedir. Ölkəmiz turnirdə 281 idmançı ilə təmsil olunur. Xatırladaq ki, 2017 – ci ildən ölkəmizi təmsil edən Aleksis Kopello Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 2 – ci yer tutub. Kuba əsilli atlet bundan başqa 2018 – ci il Avropa çempionatı, habelə ötən il Polşada keçirilən qitə turnirində gümüş medala yiyələnib.