KİYEV RUSİYANIN, YOXSA UKRAYNANIN ŞƏHƏRİ OLACAQ?

ABŞ qanunvericiləri 2024-cü ilə qədər ölkəyə əlavə yardım barədə razılığa gəlməsələr, Ukrayna Rusiyanın bir hissəsi, Kiyev isə Rusiya şəhəri ola bilər. Bu fikri ABŞ Senatının hakim Demokratlar Partiyasından olan üzvü Kris Mörfi (Konnektikutdan) deyib. “Hazırda qərar verməliyik: Kiyev Rusiyanın, yoxsa Ukraynanın şəhəri olacaq? Ukrayna 12 aydan sonra var olacaqmı, yoxsa Rusiyanın tərkibində mövcudluğuna davam edəcək”, - deyə senator xəbərdarlıq edib və respublikaçıları vəziyyətə ciddi yanaşmamaqda qınayıb. Mörfi, həmçinin ABŞ-nin Ukraynanı tərk etmək üzrə olduğuna şübhəsi qalmadığını deyib. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ müdafiə naziri Lloyd Ostindən Ukraynanın işğaldan azad edilməsi üçün 17 milyon mərmi və 350-400 milyard arası dollar istəyib.