Səyahət etməklə yeni insanlar, yeni mədəniyyət, yeni ənənələr ilə tanış olursan. Və hər ölkənin insanlarını yaxından tanıyırsan. Və hər tanıdığınız, öyrəndiyiniz bir şeylər sizin dünya görünüşün genişlənməsinə yardım edir. Hər zaman fərqli səyahət edən insanlar haqqında eşitmişik. Bəs dəvə ilə səyahətə çıxan insan necə eşitmisinizmi?
Ötən ilin may ayından dəvələri ilə səyahətə çıxan iranlı turist yeni ilin ilk günlərini Azərbaycanda qarşılayıb.Əslən İranın Bəndər-Abbas şəhərindən olan Məhəmməd Əmiri 8 ay əvvəl İranın cənubundan başlayaraq Avropa ölkələrinə səyahətə çıxıb.Dəvələrin tibbi və ölkələrə keçidlə bağlı icazə sənədləri də var.İki gündür Biləsuvarda gecələyən turist İmişli, Tərtər, Gəncə istiqamətində səfər edəcək, daha sonra isə Gürcüstan və Avropa ölkələrini gəzmək fikrindədir.Soyuq ölkələrdə olacağını qabaqcadan nəzərə alan turist çadırda istirahət etmək və gecələmək, eləcə də qida üçün kifayət qədər ehtiyat tədbirləri də görüb. İranlı turist deyib: “Səyahət məqsədlərimdən biri də gəzdiyim ölkələrdə dəvələri təbliğ etməkdir.Çünki yaşadığım şəhərin tarixi qədim olsa da, dəvələrin sayı çox azdır, insanların əksəriyyəti dəvə saxlamır. Amma bu heyvanlar çox faydalıdır”. Məhəmməd Əmiri bildirib ki, ölkəmizə qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb: “Avropanı gəzib qayıdarkən yenə də buradan, Azərbaycandan keçib getmək istəyirəm. Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər”. Qeyd edək ki, iranlı turist Məhəmməd Əmiri Avropa səyahətindən sonra, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də qarış-qarış gəzmək fikrindədir.