Qazaxstanda iyunun 8-dən başlayan meşə yanğınları davam edir. Xilasedicilər ölkənin şərqində yerləşən Abay vilayətində baş vermiş iri meşə yanğını nəticəsində
həlak olmuş daha 11 nəfərin meyitini tapıblar. Bununlada təbii fəlakət qurbanlarının ümumi sayı 14-nəfərə çatıb. Onların şəxsiyyəti müəyyənləşdirilir. Xatırladaq ki, daha əvvəl itkin düşən 3 meşə təsərrüfatı əməkdaşının meyiti tapılıb. Qeyd edək ki, hazırda Qazaxıstanın şərqində yerləşən Abay rayonunda meşə yanğınları davam edir. Təbii fəlakətin sahəsi 60 min hektardan çoxdur. Qazaxstan Prezidenti Kasım Jomart Tokayev ölkədə günlərdir davam edən meşə yanğınları fonunda Yuli İlini Fövqəladə hallar nazirliyinin rəhbəri vəzifəsindən azad edib. İlkin bilgiyə görə ölənlərin hamısı meşə təsərrüfatı işçiləridir. İyunun 12- i ölkədə milli matəm günü elan edilib.Qazaxıstanın Abay bölgəsində baş vermiş güclü meşə yanğınları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb. Dövlətimizin başçısı məktubunda bildirib: “Abay bölgəsində baş vermiş güclü meşə yanğınlarının çox sayda insan tələfatına səbəb olması və ağır fəsadlar doğurması xəbəri bizi son dərəcə kədərləndirdi”.Bu faciə ilə əlaqədar Kasım-Jomart Tokayevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verən Prezident İlham Əliyev yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.