Koronavirusla bağlı ölkədə tətbiq olunan xüsusi karantin rejimi tələblərinə uyğun olaraq bir müddət evdə qalmaq lazımdır. Ancaq evdə qaldığımız vaxt şəxsi inkişafı nəzərdən qaçırmaq olmaz. Bu zaman ərzində bir sıra işlər görmək mümkündür.
1. Linkedln profilinizi yeniləyin, ən son layihələri və naliyyətlərinizi əlavə edin. Əlaqələrinizi nəzərdən keçirin, kontaktları yeniləyin. 3. İşiniz ilə bağlı onlayn təkmilləşmə kursları axtarın, virtual dərslər alın. Öz sahənizdə biliklərinizi dərinləşdirin. 4. Yeni biznes ideyaları üzərində düşünün, işinizi virtuala daşımaq yollarını araşdırın. Eyni biznes modellərin başqa ölkələrdə işləmə formalarını öyrənin. 5. Onlayn göstərə biləcəyiniz xidmətləri dəyərləndirin – tərcümə, mətn yazarlığı, sosial media idarəetməsi, reklam mətn yazarlığı, virtual oyunlar, onlayn treninqlər və s. 6. Əl qabiliyyətinizi artırın, əl zəhməti tələb edən hər hansı bir işi öyrənməyə çalışın – toxuculuq, dərzilik, zərgərlik evdəki əşyalardan yeni nələrsə ortaya çıxarmağa çalışın. 7. Bloq, yeni sayt, yeni səhifələr yarada, yeni Youtube və ya Instagram kanalı aça bilərsiniz, yeni kitaba və ya yeni bir əsərə başlaya bilərsiniz. Ağlınızda olan ssenarini nəhayət yazıya çevirə bilərsiniz. 8. Evinizdə hər hansı bir musiqi aləti varsa – onda ifa etməyi öyrənməyə cəhd edə bilərsiniz. Çoxdandır çalmadığınız piano və ya gitarada ifa etməyə vaxt ayıra bilərsiniz. 9. Qida rejiminizə nəzarət edin, sağlam qidalanmaya keçid edin. 10. Evdə oturmağınız pəhrizə mane olmalı deyil. Sağlam bir pəhriz rejiminə başlayın. 11. Çoxdan arzu etdiyiniz, lakin vaxt ayırıb bişirmədiyiniz həmin yeməyi bişirə bilərsiniz. 12. Əgər dadlı yemək bişirməyi bacarırsınızsa, qidalanma bloqu aça, videolar çəkib, postlar hazırlaya bilərsiniz. 13. Online tətbiqlərdən istifadə etməyə çalışaraq, yeni bir dil öyrənə bilərsiniz. 14. TedX çıxışlarını izləyərək, ingilis dilinizi təkmilləşdirin. 15. Coursera, Future Learn ya edX-dən istifadə edib, həmçinin Khan Academy YouTube kanalı vasitəsi ilə yeni bir sahədə biliklərinizi artıra bilərsiniz. 16. Sevdiyiniz sahə ilə bağlı kitablar və ya bədii əsərlər oxuyun, oxuduğunuz kitablar ilə bağlı xülasələr yazın. 17. Səhər və axşam saatlarında idmana zaman ayırın. İdman bloqları izləyin. 18. Tətbiqlər vasitəsi ilə evdə olarkən sadə idman hərəkətlərindən istifadə edib tonusda qalın. 20. Karantindən sonrakı müddət üçün səyahət planı hazırlayın 21. Arzusunda olduğunuz işlər siyahısnı hazırlayın, hər şey bitəndən sonra nə etmək istəyəcəksiniz? 22. Çoxdan izləmək istədiyiniz film və serialları izləyin, sənədli filmlərə baxın 24. Yeni musiqilər kəşf edin, play-listinizi yeniləyin, xəritədən bir ölkə seçin, həmin gün məhz həmin ölkənin musiqilərini dinləyin. 25. Meditasiya edin, yoqa ilə tanış olun. Fikrinizi fokuslamağı öyrənin, fikrin yayınmasının qarşısını almaq üçün məşqlər edin. 26. Sağlam yuxu rejiminə əməl edin, sağlam yuxu vərdişlərinə yiyələnməyə çalışın. 27. Mövcud vəziyyət ilə bağlı həyatla bağlı düşüncələrinizi yenidən nəzədən keçirin 28. Öz prioretlərinizi yenidən müəyyən edin, ən çox nəyə zaman ayırmalı olduğunuza dair qərar verin. 29 Plan və hədəfləri yenidən gözdən keçirdin. Planlarınıza düzəliş edin. B və C planı hazırlayın. 30. Müasir çağın tələblərinə uyğun olaraq, hansı bilik və bacarıqlara yiyələnməli olduqlarınızı, hansı karyera və ya biznes dəyişikliyi etməli olduğunuzu düşünün.