Quba Rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev rayonun İsnovqışlaq və Küçeyi kəndlərində səyyar görüş qəbul keçirib.bu yaşayış məntəqələrinin sosial vəziyyəti ilə yerindəcə maraqlanib və vətəndaşlarin müraciətlərini dinləyib.
Dövlət başçısı İlham Əliyevin vətəndaşlara göstərilən diqqət və qayğı ilə bağlı verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq keçirilən görüşdə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək səyyar görüş-qəbulun məqsəd və əhəmiyyətindən danışıb. İstər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Rayon rəhbəri bu görüşün də mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu diqqətə çatdırıb. Bütün görüşlərdə olduğu kimi, bu görüşdə də son illər respublikamızda, eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açılıb..İcra başçısı əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən, xüsusilə də bu sahə ilə bağlı imzalanmış sərəncamlardan, qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, imzalanmış həmin sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə başçısı tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır. Rayonda, eləcə də kəndlərdə işsizliyin aradan qaldırılması istiqamətində görülən işlərdən söz açan icra başçısı bu sahədə uğurlu addımların atıldığını bildirib. İcra başçısı son dövrlər ölkəmizdə, o cümlədən də Quba rayonunda həyata keçirilən sosial layihələr, əhalinin yaşayış vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Səyyar görüş qəbulda istək və arzularını bildirən vətəndaşlar yerlərdə bu cür tədbirlərin təşkilinə görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər Qeyd edək ki,Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası nəzarətə götürülüb. Həlli vacib məsələlərin icrası ilə bağlı aidiyyatı qurumların səlahiyyətlilərinə tapşırıqlar verilib