KÖTÜK GÜLƏŞİ

Türk xalqları arasında geniş yayılan idman oyunlarından biri də "Kötük güləşi"dir. Bu güləş həm qızlar, həm də oğlanlar arasında keçirilə bilən maraqlı idman növüdür.

Qol güləşində olduğu kimi bu güləş oyunu zamanı özünə və qoluna güvənən insanlar savaşır. Bu oyunun keçirilməsi üçün hər iki oyunçunu bir -birindən ayıran və ayaqlarını dayamaq üçün 2 metr uzunluğunda bir taxta şaqquli yerə bərkidilir. Daha sonra savaşçılar üzə-üzə əyləşərək ayaqlarını bu taxtaya dayayırlar. Bundan sonra bir ağac parçasından hər ikisi tutaraq bu ağac parcasını biri digərinin əlindən almağa çalışır. İlk baxışdan sadə görünən bu oyun göründüyü qədər də sadə deyil. Bu oyunçulardan güc və dözümlülük tələb edir. Ağacı rəqibinin əlindən almağı bacaran oyunun qalibi olur. Gələnəksəl qədim Türk idman oyunlarından biri olan "Kötük güləşi" bir çağlar unudulmaqda olan milli oyunlar sırasına qatılmaqda idi. İndi isə "Kötük güləşi" də tapılıb, tanıdılıb, təbliğ olunana milli idman oyunlarımızdandır. Bu oyunun tanıdılmasında "Çölçü Klubu"nun böyük rolu olub. Beləki "Çölçü Klubu" tərəfindən təşkil olunan axınlar zamanı bu oyun çöl oyunları siyahısına salınaraq, axın iştirakçıları arasında tanıdılır və oynanılır.  "Kötük güləşinin" tanıdılması istiqamətində Dünya Etnospor Konfederasiyası müxtəlif işlər görür. Belə ki, konfederasiyanın təşkil etdiyi müxtəlif festivallarda digər gələnəksəl idman oyunları kimi "Kötük güləşi" də keçirilir və tanıdılır.