Oktyabrın 3-dən 6-na kimi Türkiyədə IV “Etnospor Kültür Festivalı” keçiriləcək. Türkiyənin Atatürk Hava limanında düzənlənəcək IV Etnospor Külter festivalında 16 ölkənin
nümayəndə heyətinin iştirakı gözlənilir. Bir milyona yaxın ziyarətçinin qatılacağı festivalın sloqanı özündə əzmkarlığı və mübarizə əzmini birləşdirən“Plovdan dönənin qaşığı qırılsın”dır. Bu barədə Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan bilgi verib Festivala gələnəksəl oxçuluq, yağlı güləş, kötük güləşi, aşıq atma, atlı cirit və s idman növləri üzrə minə yaxın idmançı qatılacaq. Dünya Etnospor Konfederasiyası rəsmininin verdiyi bilgiyə görə festivalda gələnəksəl idman növləri ilə yanaşı milli mətbəx nümunələri də yer alacaq Xatırladaq ki, mərkəzi İstanbul olan, hazırda 7 ölkədən 18 federasiyanı birləşdirən Dünya Etnospor Konfederasiyası 2016-cı ildən hər il qədim idman növlərinin yaşadılması və tanıdılması məqsədilə Etnospor Külter Festivalları təşkil edir.