İSTANBULDA RUSİYA UKRAYNA DANIŞIQLARININ DETALLARI
Baxış sayı: 558
Ukrayna tərəfi İstanbulda danışıqlarda müzakirə olunan məsələləri açıqlayıb. Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak tvitter səhifəsində bildirib ki, Ukrayna üçün qeyd – şərtsiz təhlükəsizlik təminatı, atəşkəs, humanitar dəhlizlər və humanitar konvoylarla bağlı efektiv qərarlar, tərəflərin müharibə qaydalarına və adətlərinə riayət etməsi müzakirə olunan məsələlər arasındadır.