Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri
çərçivəsində İsrail dövlətinin Prezidenti İsaak Hersoq, Baş Nazir Benyamin Netanyahu və Müdafiə Naziri Yoav Qallantla görüşüb. Danışıqlardan belə qənaətə gəlinib ki, Azərbaycan və İsrail ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini bir qədər də gücləndirməkdə maraqlıdırlar. Əlbətdə ki, İsraildə Azərbaycan səfirliyinin açılması mühüm tarixi hadisə sayıla bilər. Ancaq nədənsə Azərbaycanın İsraildə səfirliyinin açılması İranda böyük hay-küyə səbəb oldu. Fars rejimi neçə gündür ki, Bakı- Təl Əviv münasibətlərinə mane olmaq üçün ölkəmizə müxtəlif təzyiq üsullarından istifadə edir. Ermənistanla qardaşlığını günü-gündən gücləndirən molla rejimi, Bakının İsrail və ya hır hansı bir digər ölkə ilə təmaslarına irad tutmağı yersizdir. Çünki İranın buna nə siyasi, nə də mənəvi haqqı var. Onu da qeyd edək ki, Fars rejimindən fərqli olaraq Azərbaycan yaxın şərq ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrini gücləndirməkdə davam edir.
{youtube}Nb40AZVuRb8{/youtube}