İSRAİL VƏ ABŞ SƏFİRLƏRİ QUBADA OLDULAR
Baxış sayı: 546
İndi Qubada xarici turistlərin baş çəkəcəyi tarixi və mənəvi əhəmiyyəti böyük olan daha bir yer olacaq. Bu yer həm də multikulturalizmin Azərbaycanda əyani göstəricilərindən biri olacaq. Bu məkan yaşı 100-ildən çox olan Qırmızı Qəsəbə yəhudilərinin gələnəksəl evidir. Beləki dağ yəhudilərinin sıx yaşadığı Qubadakı Qırmızı Qəsəbədəki Raşbil Zaxaryayev küçəsindəki ev bərpa olunaraq ölkəmizə gələn turistlərə Qubada yaşayan dağ yəhudilərinin gələnəkləri ilə bağlı, onların adət-ənənlərini qoruyub saxlamaları ilə bağlı bilgilər almalarına yardımçı olacaq. Heydər Əliyev Fondunun, Dağ Yəhudilərinin muzeyinin, İsrailin və Amerikanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə bərpa olunacaq Qırmızı Qəsəbə yəhudiləırinin gələnəksəl evinin təqdimat törənində Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Li Litzenberqer, İsrail dövlətinin respublikamızdakı fövqalədə və səlahiyyətli səfiri Corc Dik, eləcə də Qırmızı Qəsəbəni görmək istəyən bir qurup İsrail Vətəndaşları iştirak etdilər.