İSRAİL QANA BOYANDI. ÖLKƏDƏ QARŞIDURMA

İsrailin paytaxtı Təl-Əviv şəhərində terror aktı törədilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Verilən bilgiyə görə terrorçu bir neçə piyadanı vurduqdan

sonra, avtomobildən düşüb daha bir nəfəri vurmağa cəhd edərkən polis əməkdaşı onu zərərsizləşdirib. Hücuma görə məsuliyyəti həmas təşkilatı öz üzərinə götürüb. İsrailin Baş Naziri Benyamin Netanyahu terror aktından sonra, hərbi polisin bütün ehtiyat olan şəxsi heyətinin səfərbər edilməsi barədə göstəriş verib. Həmçinin əlavə ordu qüvvələrinin səfərbər edilməsi tapşırılıb. Baş Nazir eyni zamanda vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb. Qeyd edək ki, aprelin 6-da Livandan İsrailə on dəqiqə ərzində 100-dən çox raket atılıb.  Raket hücumları nəticəsində 3 nəfər yaralanıb.  Bu barədə İsrail Təcili Yardım Xidmətindən mətbuata açıqlama verilib.