İSRAİL PREZİDENTİ AZƏRBAYCANA SƏFƏR ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli

münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, İsxak Hersoqun ölkəmizə səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyi vurğulandı. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Elə həmin gün Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib.Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və birinci xanım Mixal Hersoqun şərəfinə rəsmi lanç verilib.