İSRAİL İRANI VURMAQ QƏRARINA GƏLDİ

İsrail İranın kütləvi hücumuna cavab vermək qərarına gəldi. Qərb ölkələri isə Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.

 

İsrail İranın raket hücumuna cavab verəcək. İndi isə bunu necə edəcəyinə qərar verir. Bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib. Halevi vurğulayıb ki, İsrail Müdaifə Qüvvələri İran və onun əlaltılarından gələn istənilən təhlükəyə qarşı hazırlıqlıdır. "İran öz hərəkətlərinin nəticələri ilə üzləşəcək. Biz müvafiq cavabı seçəcəyik. İsrail Müdaifə Qüvvələri istənilən təhlükə ilə üzləşməyə hazırdır”- deyə Herzi Halevi bildirib.

Xatırladaq ki, Qərb müttəfiqləri nəinki yekdilliklə İsraili dəstəklədilər, həm də ona İranın hücumunu dəf etməyə kömək etdilər – yüzlərlə pilotsuz təyyarə və raket ABŞ, Britaniya və Fransa hərbçiləri tərəfindən vuruldu. Bununla da Qərb ölkələri Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almağa çalışırlar.