İSLAM RESPUBLİKASININ RƏMZLƏRİ BİR-BİR ODDA YANIR
Baxış sayı: 532
İranın Tehran şəhərindəki parkda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı, general Qasım Süleymaninin heykəli yandırılıb. “Azad İran” “Telegram” kanalı bildirir ki, bu barədə iranlı müxalif jurnalist Məsih Əlinejad “Instagram” hesabında yazıb: “İslam Respublikasının rəmzləri bir-bir odda yanır. Birincisi, Xameneinin şəklinin yandırılması, sonra baş örtüklərinin yandırılması, indi də Qasım Süleymaninin heykəlinin yandırılması...”. Görünən odur ki, artıq mövcud hökumətin beyinlərə zorla yeritdikləri bu dırnağarası rəmzlər, insanlarda ikrah hissi oyadır.
#İran #etiraz #Təbriz #Tehran