İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI QƏBƏLƏDƏ TURİZMİN İNKİŞAFI PROQRAMININ HAZIRLANMASINA YARDIM EDƏCƏK

Turizmin inkişaf etdirilməsini qarşısına məqsəd olaraq qoyan Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yeni layihələr üzərində çalışır.Bəs yaxın zamanda hazırlanacaq yeni proqram nədən ibarət olacaq ?

İslam Əməkdaşlıq Təşkilatı Qəbələdə turizmin inkişafı proqramının hazırlanmasına yardım edəcək.Azərbaycan sözü geden təşkilat ilə birlikdə Qəbələ üçün turizmin inkişafı proqramını hazırlayacaq.Verilən məlumata görə proqram özündə Qəbələnin 2020-ci ildə İƏT-nin turizm paytaxtı seçilməsi ilə əlaqədar turizm, mədəniyyət, incəsənət, irs festivallarının və İslam turizmi sərgilərinin keçirilməsini əhatə edir. Qəbələ 2018-ci il fevralın 5-7-də keçirilən İƏT turizm nazirlərinin konfransının 10-cu sessiyasında İƏT-nin 2020-ci ildəki turizm paytaxtı seçilib.Xatırladaq ki, İslam turizminin paytaxtı hər il üzv dövlətlərlə məsləhətləşmədə İƏT tərəfindən seçilir. Proqram ayrı-ayrı şəhərlərin turizm və iqtisadi potensialını inkişaf etdirmək, eyni zamanda turizm sektorunda məhsul və xidmətlər mübadiləsi və infrastruktur dəstəyi ilə İslam həmrəyliyini gücləndirmək məqsədi daşıyır.