İRANLI QADINLAR BAŞ ÖRTÜKLƏRİNİ YANDIRIR
Baxış sayı: 490
İranda 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı ölkədə kütləvi etirazlar davam edir. Bu məqamda İran polisi Məhsa Əminin olduğu iddia edilən görüntülər yayıb. Verilən bilgiyə görə polis qadının döyülməsi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, məmurlarla Məhsa arasında heç bir fiziki təmas olamayıb. Ölən qadının Əmini olduğu iddia edilən sözügedən videoda polislə danışan qadının qəfil stula yıxıldığı görünür. Qeyd edək ki, ailəsi ilə Tehrana qohumlarını ziyartə gedən 22 yaşlı Məhsa Əmini həbs olunub. O əxlaqi təhlükəsizlik polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb və xəstəxanada dünyasını dəyişib. Şahidlər ailə və xəstəxana hesabatları, gənc qadının təbii səbəblərdən ölümünü inkar edir. Lakin, İran polisi onun ürəkdayanması keçirdiyini, digər rəsmilər isə hətta onun başqa xəstəliklərə sahib olduğunu da iddia edirlər. Qeyd edək ki, etiraz aksiyaları ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz və başqa böyük şəhərlərini də əhatə edib. Aksiyalar zamanı ölənlər və yaralananlar var. Bəzi yerlərdə aksiyaçılara qarşı silah da tədbiq edildiyi bildirilir.