İRANDAN İRAQA RAKET ZƏRBƏSİ

İranın rejim qüvvələri İraq Kürdüstanına növbəti raket zərbəsi endirib. Bu barədə İraqın İNA agentliyi öz mənbələrinə istinadən bilgi yayıb. Bildirilir ki, hücumun hədəfi kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərindəki qərargahları olub. Tehran onları rejim əleyhinə nümayişləri dəstəkləməkdə ittiham edir. Agentliyin verdiyi bilgiyə görə, raket zərbəsi nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bundan əlavə, İran hərbçiləri Ərbil əyalətində Bahirka şəhərindəki qaçqın düşərgəsinə də hücum edib. Qeyd edək ki, İranın əyalətə hücumları sentyabrın 24-dən davam edir.