İRAN MEDİASINDAN AZƏRBAYCANA XAİNLİK

Azərbaycanin Qarabağdakı mütləq qələbəsi dostlarımızı sevindirdiyi kimi qonşu hesab etdiyimiz, tarixi bağlarımızın olduğu bəzi ölkələri nədənsə narahat etdi. Bəlkə də, elə bu səbəbdəndir ki, 44 günlük vətən müharibəsindən sonra İran ölkəmizə qarşı sərt mövqe sərgiləməyə başladı. Hətta bu ölkənin mediasında Azərbaycana qarşı yazılar dərc olunmağa başladı. Ancaq bununlada kifayətlənməyən rəsmi İran ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyü, qırmızı xəttimizdir deyə açıqlamalar da verdi. Lakin ölkəmiz hər zaman sülh tərəfdarı olduğunu nümaiş etdirdi. Və cənubdan – şimala daxil olan soyuq küləyin qarşısını kəsdi. Bundan sonra uzun müddət iki ölkə arasında münasibətlər normallaşmağa başlasa da, yenə İran mediasında ölkəmizin daxili işlərinə müdaxilə xarakterli yazılar dərc olunmağa başlayıb. Hər zaman sülhün və dostluğun tərəfdarı olan Azərbaycan bütün qonşularına qarşı isti münasibət göstərməyə hazır olub. Təkcə bir faktı demək kifayətdir ki, ölkəmiz İran əleyhinə tədbiq olunan sanksiyalara heç vaxt qoşulmayıb.