İran hökuməti hicabla bağlı qanuna riayət etmək üçün ictimai nəzarəti gücləndirir. İranın polis qüvvələrinin komandanı Radan məcburi hicab qanunlarına əməl
etməkdən imtina edən qadınlarla bağlı plan hazırlayıb.
O, televiziyaya müsahibəsində aprelin 15-dən onun tabeliyində olan qüvvələrin “ictimai yerlərdə, avtomobillərdə və ticarət obyektlərində” patrul xidmətinə başladığını bildirib. Polis qaydanı pozanların ünvanına və telefon nömrəsinə cərimə məktubu göndərəcək. Qeyd edək ki, İranda polis məcburi hicab qanununa əməl etmədiyi üçün bir gündə 150-dən çox sahibkarlıq müəssisəsini bağlayıb. Onlara qarşı cinayət işi başlanıb. Yerli polis idarəsinin sözçüsü Montəzir əl-Məhdi bildirib ki, hakimiyyət qanunu pozanları aşkar etmək üçün ictimai yerlərdə kameralar quraşdıracaq. Lakin bütün bu qadağalara baxmayaraq, İranda qadınların məcburi hicaba qarşı mübarizəsi hələ də davam edir.