İRAN ERMƏNİSTANLA BİRLƏŞİB AZƏRBAYCANA HÜCUMA HAZIRLAŞIR ?
Baxış sayı: 400
İranla Azərbaycan arasındakı münasibətlərin kökü çox qədimlərə söykənir. Və əgər tarixə müraciət etsək görərik ki, cənub qonşumuz Azərbaycan torpaqlarına qarşı daima işğalçı mövqe sərrgiləyib. Bir müddət münasibətlərdə istiləşmə müşahidə olunsa da, ancaq molla rejiminin ölkəmizin inkişafını gözü götürmədiyini görürük. Bunun əyani sübutu kimi II Qarabağ müharibəsindəki qələbəmizdən sonra İranın atdığı addımları göstərmək olar. 30 illik erməni işğalına son qoymağımız molla rejimini nədənsə çox narahat edir. Belə ki, 2020-ci ildən bu günə qədər cənub qonşumuzun bizə qarşı yönəltdiyi təhdidləri və süni əzələ nümaişi bunu deməyə əsas verir. Ancaq son həftələr gedən prosseslər onların ən çox sevdikləri varianta, daha dəqiq desək təxribata əl atmağa meyil etdiklərini göstərir. KİV- lərdə yayılan son bilgilərdə isə bu rejimin Ermənistanla birləşib Azərbaycana hücum edəcəkləri ilə bağlı verdikləri mesajlardır. İranın Ermənistandakı səfiri Abbas Bədəfşan Zohuri, son sərsəm açıqlamasında həmin hücum ssenarisinə işarə edib. Hücumla bağlı bilgini şərh edən Zohuri bildirib ki, Tehran və İrəvan düşmənlərinin pozucu fəaliyyətinə imkan verməyəcək. Digər dövlətlərə sülh və təhlükəsizliklə bağlı öz aləmində ağıllı məsləhətlər verən Tehran, yaxşı olardı ki, özünün zəlzələ bölgəsindəki vətəndaşlarının qeydinə qalsın. Nədənsə dünənə qədər bölgəyə üçüncü qüvvələrin gəlməsini qəbul etməyən İran, birdən – birdən demokratik düşünməyə başlayıb. Ola bilsin ki, molla rejiminə demokratiya vəhi gəlib, amma bundan heç kimin xəbəri yoxdur.