Laçın istiqamətindəki ötəngünkü insident bir qrup erməni hərbçinin mövqelərimizə yaxınlaşaraq mühəndis-istehkam qyrğularının tikintisinə hazırlıq görməsi ilə
başlayıb. Bu barədə caliber özəl mənbələrə istinadən yazıb. Hərbçilərimizin onlara geri çəkilməklə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutub.Məhz bundan sonra gərgin döyüş başlayıb. Döyüş zamanı Ermənistan tərəfi artileriya və PUA- lardan istifadə ediblər. Bununla yanaşı düşmənin canlı qüvvəsi və ağır texnikasının Laçın istiqamətində cəmləşməsi qeydə alınıb. Güman etmək olar ki, Ermənistan tərəfi ciddi hərbi əməliyyata hazırlaşır. Burada maraqlı məqamlardan biri isə, ermənilərin LaçındaTehran rejiminin dronlarından istifadə etməsi olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən bilgiyə görə Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.