İRAN AZƏRBAYCANLA SƏRHƏDDƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIB

Vətən müharibəsindən sonra regionda Azərbaycanın artan nüfuzu cənub qonşumuzun bəzi rəsmi dairələrində ciddi narahatlıq doğurub. Xüsusilədə İranla 130 km. – lik sərhəd xəttinin işğalçı ermənilərdən təmizlənməsi, nəzarətsiz qalan torpaqlarımzın istismarını mümkünsüz etdiyi üçün uzun müdətdir yürütdükləri ikibaşlı siyasətə yeni don geyindiriblər. Dünəndən etibarən isə sərhədlərimizdə növbəti hərbi təlimlərə start veriblər. İran inqilabı keşikçiləri korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakvər isə təlimlər qonşularımıza sülh, düşmənlərimizə isə gücümüzü göstərəcək – deyə bildirib. Maraqlıdır ki, 30 il ərzində ermənistanın ərazilərimizdə narkotik və silah qaçaqmalçılığı ilə məşğul olmasını özü üçün təhdid hesab etməyən İran, indi İsrail təhlükəsi kimi absurd bəhanə ilə sərhədlərinin müdafiəsinə qalxıb. Buda azmış kimi, məsçidlərdə donuz saxlayan bir ölkəni özü üçün qırmızı xətt hesab edən rəsmi Tehran, qırmızı xətti çoxdan keçən ermənilərə sahib çıxmaq niyyətindədir. Hətta sərhədlər dəyişərsə, münasibətlər də dəyişər mesajını verməkdən belə çəkinmir.