İRANLA AZƏRBAYCAN ARASINDA SƏRHƏD-KEÇİD MƏNTƏQƏSİ AÇILIR
Baxış sayı: 695
İran İslam Respublikasının Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır. Bu barədə Ərdəbil valisi Hadi Ameli İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsi, xüsusilə malların tranziti sahəsində əlaqələrin genişləndirilməsinə şərait yaratmaq məqsədi ilə vilayətin şimalında sərhəd keçid məntəqəsinin açıldığını elan edib. "İranla Azərbaycan arasında əlaqələrin inkişafı ölkəmizin və şimal qonşumuzun sakinlərini narahat edən məsələlərdən biridir və bu məsələ iki ölkə prezidentlərinin görüşündə də müzakirə olunub", - deyə vali bildirib.