İRAN AZƏRBAYCANIN GÜCLƏNMƏSİNİ NİYƏ İSTƏMİR?
Baxış sayı: 771
“Azərbaycan-İran sərhədi 28 il işğal edilərkən səsi çıxmayan qonşu indi qalxıb deyir ki, dəhlizlər açılsa sərhədlərin götürülməsinə qarşıyam. Onsuz da kiminsə sərhədi açmaq fikri yoxdu. Amma o sərhəddən bir dəhlizin keçməsilə Naxçıvanın Azərbaycana, Naxçıvanın Türk dünyasına, Türkiyənin Türk dünyasına bağlanmasından rahatsızdılar. Çünki iran hər cür təxribat əməllərini bu sərhəd vasitəsilə gerçəkləşdirir.” Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi ateşesi ehtiyyatda olan general Yücel Karauz dedi.
Türkiyəli generalın da söylədiyi kimi Azərbaycanın bu bögədə güclənməsi, söz sahibi olması, “Şuşa” bəyyanaməsi ilə Türkiyə ilə olan dostluğun yüksək səviyyəyə qalxması bölgə dövlətlərinin bəzilərini rahatsız etdiyi aydın görünür. Bu rahatsızlıqlar isə gündən-günə o qədər artəır ki, bəzən bunu gizləyə bilmirlər. İstər KİV-də olsun, istər açıq-açığına törətdiləri təxribat xarakterli hadisələr olsun. Londonda Azərbaycan bayrağına qarşı olan sayğısızlıq da bu olaylardan biridir.
Azərbaycandakı multukultural ənənələr, müxtəlif xalqların dostluq və qardaşlıq şəraitində yaşaması, Azərbaycan dövlətinin yürütdüyü doğru və qətiyyətli siyasət başqalarını rahatsız etsə də Azərbaycan daha əvvəlki Azərbaycan deyil. İndi bütün dünyaya öz qətiyyətini və iradəsinin göstərmi, Qafqaz regionunda sülhün və barışın təminatıçısı kimi özünün göstərən bir ölkədir.