İRAN AVROPANI İSRAİLƏ NƏZARƏT ETMƏYƏ ÇAĞIRIB
Baxış sayı: 22
Avropa İsrailə nəzarət etməlidir. Əks halda İranın cavabı ilə üzləşəcək və regionda yəni,Yaxın Şərqdə böyük müharibəyə başlayacaq. Bunu İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə İran mediasına müsahibəsi zamanı deyib. Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın verdiyi bilgiyə görə, İran raketlərinin 90%-i hədəflərini uğurla vurub. İsrail və ABŞ tərəfi isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib. Qeyd oedək ki, Avropa İttifaqı İranın “regional təhlükəsizliyə təhdid” olan İsrailə hücumunu qətiyyətlə pisləyir. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X”dəki hesabında bildirib. Ş.Mişelin sözlərinə görə, Yaxın Şərqdə ölümcül eskalasiya spiralı indi dayanmalıdır. “Regional müharibə heç kimin maraqlarına uyğun deyil. Aİ gərginliyin azaldılması və mülki əhalinin həyatının qorunması üçün səyləri dəstəkləməyə hazırdır”, – deyə o əlavə edib. Həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel də İranın hücumunu qınayıb. O bildirib ki, Aİ regional müharibənin qarşısının alınmasına tam sadiq qalır.