İRƏVANDA ETİRAZÇILARLA POLİS ARASINDA TOQQUŞMA OLUB

Səhər saatlarında hökumət evinə girməyə cəhd göstərən nümayişçilər oradan aralanaraq şəhərdə yürüş ediblər. Lakin, bir qədər dövrə vuraraq yenidən geri qayıdıblar. Bundan sonra hökumət evinin yaxınlığında xüsusi təyinatlılar və polislə toqquşma baş verib. Güc strukturları ictimai qaydanı pozanları saxlamağa başlayıblar. Xatırladaq ki, Ermənistanda Baş Nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları bir aydan çoxdur davam edir.