İRƏVAN QARABAĞ MƏSƏLƏSİNİ RUSİYANIN ÜZƏRİNƏ ATDI

Biz Sentyabr müharibəsi və digər əməllərlə cəzalandırıldıq, lakin Qarabağda

baş verənlər bu məntiqə sığmır.bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.O bildirib ki, dəfələrlə Rusiyadan bu vəziyyətin niyə yarandığını soruşublar:“Dəfələrlə olub: Çaylaqqala, Fərrux, dekabrın əvvəlindən kəsilən Laçın yolu, indi körpünün üstü. Bu hərəkətlər artıq insident deyil, reallıqdır. Rusiya 2020-ci ildə Qarabağ sakinlərinə təhlükəsizlik zəmanəti vəd edib. Qarabağın erməni sakinləri də bu zəmanətlərə qulaq asaraq geri qayıtdılar. Amma bu zəmanətlər işləmir. Qarabağda həmişə rusiyapərəst əhval-ruhiyyə olub və Ermənistan xarici siyasət vektorunu dəyişməyib”.Qriqoryan Laçın yolunda baş verən bütün hadisələrə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü qeyd edib:“Rusiya regionda qalarsa, başqa cür hərəkət etməlidir. Ermənistan üçün çox vacibdir ki, ermənilər Qarabağda yaşasın, hüquq və təhlükəsizlik təminatları alsın. Bunun üçün çoxsaylı addımlar atılır”.Armen Qriqoryan Bizi Qərbə istiqamətlənməkdə günahlandırırlar, ancaq biz həm də Hindistanla əməkdaşlıq edirik. Təhlükəsizlik probleminin həlli üçün müxtəlif istiqamətlərdə əməkdaşlıq qururuq deyə, Qriqoryan bildirib.

{youtube}uL3Sb2wclY0{/youtube}