İRƏVAN NAXÇIVANA MEHRİDƏN YOL VERƏCƏK
Baxış sayı: 114
Ermənistan Azərbaycana növbəti dəfə güzəştə getməyə hazırlaşır. Bu dəfə Mehridən yol veriləcək. Bu sözləri erməni şərhçi Mesrop Arakelyan deyib. Erməni şərhçi bildirib ki, rəsmi İrəvan Mehridən keçən yola özəl şirkətin nəzarətindən bəhs edir:“Əslində bu, Azərbaycana Naxçıvana çıxış üçün maneəsiz keçidin veriləcəyinin rəsmi şəkildə bəyan edilməsi deməkdir. Bunun müqabilində Ermənistan heç nə əldə etmir. Ermənistan Azərbaycana yol verəcək, əvəzində heç nə almayacaq”deyə Arakelyan əlavə edib. Qeyd edək ki, Ermənistan Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsini beynəlxalq özəl şirkətə verilməsini təklif edir. Azərbaycan isə hələlik bu təklifə müsbət reaksiya verməyib. Mesrop Arakelyan onu da qeyd edib ki, Ermənistan 10 noyabr razılaşmasında götürdüyü öhdəliyi yerinə yetirir:“Bu, Naxçıvanla bağlı öhdəlikdir və Ermənistan Azərbaycana muxtar respublikaya çıxış üçün yol verəcəyi öhdəliyini götürüb. İndi də ardıcıl şəkildə bunu icra edir”- deyə erməni şərhçi bildirib.