İRƏVAN NAXÇIVANA DƏHLİZ AÇMAĞA MƏCBURDUR

Ermənistan Azərbaycan, Rusiya, Türkiyə və İranla danışıqlar aparmalıdır. 9/10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin müzakirəsindən qaçmağa ehtiyac yoxdur. Bunu

erməni politoloq Suren Surenyants Feysbuk səhifəsində yazıb. “Paşinyan və ətrafına elə gəlirdi ki, Üçtərəfli bəyanatın 9-cu bəndindən yan keçmək olar. Onlar uğursuz oldu. İndi onlara elə gəlir ki, 10 noyabr sənədindən geri çəkilsələr, yenə bu taleyüklü məqamdan qaça biləcəklər. Heyf, boş ümidlərdir. Uduzan tərəf əslində mövcud olmayan sənəddən belə imtina edə bilməz. Bununla öhdəlikdən qaçmazsınız, ancaq müharibə üçün səbəb yaradacaqsınız. Üçtərəfli bəyanatının 9-cu bəndinin müzakirələrindən qaçmağa ehtiyac yoxdur, vəziyyətdən minimum itkilərlə çıxmaq üçün danışıqlar aparmaq lazımdır. Azərbaycan, Rusiya, Türkiyə, İranla danışıqlar aparmalıyıq”, - o bildirib.