İRƏVAN 8 KƏNDİMİZİ QAYTARIR?

30 noyabrda Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının sərhəddə keçirilən 5-ci iclası ilə bağlı bəzi yeni təfərrüat

yayılıb.

Erməni mediası görüşdə Ermənistan tərəfdən Baş nazirin müavini Mger Qriqoryanla yanaşı, Kadastr Komitəsinin rəis müavini və MTN əməkdaşlarının da iştirak etdiyini bildirib.

Görüş sərhəddə yerləşən çadırda baş tutub – hansısa binada deyil.

Erməni mediası anklavlar məsələsinin də müzakirə edildiyini, onların qaytarılması istiqamətində razılıq olduğunu yazıb. Buna Nikol Paşinyanın “Ermənistanın 29 800 kilometr ərazisinə Sovet dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil” fikirləri əsas kimi göstərilib.

Həmçinin Ermənistan parlamentinin sədri Alen Simonyanının bir neçə gün öncəki açıqlamasına da yer verilib: “İrəvan Başkəndi almaq müqabilində Sovet dövründə mövcud olan anklavları Bakıya qaytarmağa hazırdır”.

Tavuş qubernatoru isə anklavlarla bağlı 30 noyabrda heç bir razılıq əldə edilmədiyini açıqlayıb:

“Məndə olan məlumata görə, hələlik heç bir razılaşma yoxdur”.