İNSAN HANSI YAŞDA XOŞBƏXT OLUR ?
Baxış sayı: 18
Sən demə çoxlarımızın düşündüyünün əksinə olaraq, 20 yaş insan həyatının ən yaxşı dövrü deyilmiş. Yeni tədqiqatlara əsasən, insanlar həqiqətən həyatlarından məmnun olmağa və xoşbəxtliyi tapmağa 50 yaşdan sonra başlayırlar."Yourtango" nəşrinin təqdim etdiyi və 20-dən çox ölkədən 200 mindən artıq iştirakçının qatıldığı "Qlobal firavanlıq araşdırması"na görə, insanların əksəriyyəti 50 yaşa qədər öz həyatlarını yetərincə dəyərləndirə bilmir və yüksək rifah səviyyəsinə çata bilmirlər.
Tədqiqat göstərib ki, 18–29 yaş aralığında olan gənclər adətən xoşbəxtlik, fiziki və psixi sağlamlıq, öz xarakterlərini qəbul etmə, həyatın mənasını tapma, münasibətlərin keyfiyyəti və maliyyə sabitliyi baxımından çətinliklər yaşayırlar. Bu isə firavanlıqdan uzaq bir mənzərə yaradır.Bununla belə, alimlər bildirirlər ki, insanın xoşbəxtliyi onun öz əlindədir və bu istiqamətdə atılan şəxsi addımlar mühüm rol oynayır.