ÇİN DÜNYANIN İLK AĞILLI QATARINI XƏTTƏ BURAXDI.

Texnologiyanın inkişafında son illər möcüzələr yaradan Çin daha bir texnoloji yenilik etdi.Çinin növbəti uğurunun hansı sahədə olduğunu bilmək istəyirsiz?

Çin 2022-ci ildə Olimpiya oyunlarına ev sahibliyi edəcək Zhangjaikou şəhəri ilə paytaxt Pekini birləşdirəcək 175 km uzunluğundakı dəmir yoluna sürücüsüz ağıllı qatarı xəttə buraxdı. Bununlada bu iki şəhər arasındaki 3 saatlıq məsafə qısalaraq 47 dəqiqəyə düşdü. Çinin Fuxing seriyasından olan sürücüsüz qatar saatda 350 km məsafə qət edəcək.Jing-Zhang sürətli dəmir yolu olaraq adlandırılan dəmir yolu 4 ilə inşa edilib.Beləliklə Pekin Zhangjaikou şəhərlərini birləşdirən dəmir yolu həm də, dünyada ilk ağıllı dəmir yolu olaraq da tarixə düşüb.Jing-Zhang dəmir yolunun Çin səddinin tanınmış hissəsi olan Baladinq Chang da daxil olmaqla 10 stansiyası var.