İMAMƏDDİN XƏLİLOV QIZIL MEDALI BELƏ QAZANDI
Baxış sayı: 175
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb. K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançımız əvvəlcə 4/1 finalda kubalı Mişel Ernesto Uilteri, yarımfinalda isə Özbək idmançı Cavafir Alikulovu məğlub edərək finala adlayıb. İmaməddin Xəlilov finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb. Həlledici görüşdə rəqibinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununlada idmançımız Paralimpiyada da ölkəmizə ilk qızıl medalı qazandırıb.70 kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz İmaməddin Xəlilova qızıl medal təqdim olunub. Onun şərəfinə Fransada Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Qeyd edək ki, bu Azərbaycanın Paris-2024-də qazandığı ikinci medal olub. Paralimpiadanın ilk günündə 58 kq çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz Sabir Zeynalov bürünc medal qazanıb. Xatırladaq ki, avqustun 28-i start götürən Paralimpiada sentyabrın 8-ə dək davam edəcək. 4463 paraotletin 22 növdə mübarizə apardığı turinirdə ölkəmiz 7 növdə 18 idmançı ilə təmsil olunur.