İLTƏRİŞ QUTLUQ XAQAN KİMDİR?
Baxış sayı: 918
Göytürklərin dövlət gələnəyində yazılı daş abidə inşaetdirmə gələnəyi olub. Bu abidələr bizə sıradan yazılı daşlar kimi görünməsin. Bu bir dövlətin rəsmi bir bəlgəsidir və ibtidai bir bəlgəsə deyil. Bozkırlarda, böyük çöllərdə bütün sadə insanların da görüb oxuya biləcəyi yerlərdə tikilib yazılması da bu yazılı abidələrdə xalqa yönəlik açıqlamaların olduğundan və Göytürklərdə hər kəsin oxuyub-yazmaq bacarıqlarının olduğunun kanıtıdır. Bu sözləri Türk Dünyası Araşdırmalar İnstitutnun doktorantı türk tarixçisi Odər Qutluər deyib.Monqolustanda tapılan Göytürklərə aid daş külliyədən danışan tarixçi bu yazılı abidənin ikinci Göytürk Dövlətinin qurucusu İlteriş Kutluğ Xaqana aid olduğunu bildirərək İlteriş Kutluğ Kağanın Türk milləti üçün daşıdığı dəyərləri vurğuladı. Onu da xatırladaq ki, 681-ci ildə Aşana ailəsindən olan Qutluq xaqan xalqı bir yerə yığaraq 682-ci ildə İkinci Göytürk xaqanlığını yaratdı, göytürkləri yenidən öz müstəqilliyinə qovuşdurdu. Qutluq xaqan elə xalqını bir yerə yığdığı üçün də İltəriş xaqan, eli yığan adını aldı. Eramızın 7-ci əsrindən 8-ci əsrinə qədər istər siyasi, istər iqtisadi cəhətdən güclü bir dövlət olan Göytürk dövlətinin süqutu və və qısa bir zamanda göytürk əlifbasının belə unutdurulmasının səbəbləri də nə olub?Bir dönəmdəki toplumda tutduğu mövqedən asılı olmadan hər kəs göytürcə yazıb oxumanı bilib, bu dil, bu əlifba necə unutdurulub? Və ya unutdurulma səbəbləri nə olub. İndi bu daş kitabaələr tapıldıqca və oxunduqca, türk törəsi xatırladılınca ağıla gələn tək səbəb Türkü törəsindən uzaqlaşdırmaq, onu özüündən qoparmaq olduğudur.