İLK TÜRK ADININ YAZILDIĞI ABİDƏ
Baxış sayı: 737
“Əvvəllər tapdığımız yazılı abidələr torpağın üstündəkilər idi. İlk dəfə idi ki, yazılı tarixi abidəni torpağın altından tapdıq.” Bu sözləri Qafqaz tv ilə Monqolustanın Ötükən bölgəsindən arxeloji qazıntıların aparıldığı məkandan bağlantı quran türkoloq Napil Bazılxan dedi.
"Əvvəllər tapdığımız yazılı abidələr torpağın üstündəkilər idi. İlk dəfə idi ki, yazılı tarixi abidəni torpağın altından tapdıq. Bu abidənin əsas önəmi birincisi üzrəindəki qədim yazılardır. Əgər düşünsək ki, Qutluq xaqan 682-ci ildən 692-ə qədər xaqan olub, 693-də vəfat edib, demək ki, bu anıt abidə 693-cü ildə hazırlanıb. İkincisi daşın üzərində son göytürkcə yazılar var. Bu yazıların oxunması üzərində işləyirik. Burda indiyə qədər oxuduğumuz önəmli kəlmə Qutluq xaqan Türk kəlməsidir. "
Monqolustanın Ötükən bölgəsində Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə apardığı qazıntılar nəticəsində İltəriş Xaqanın kompleksi və kitabəsi aşkarlanan zaman ilk tapılan tapıntının böyük düzbucaqlı daş olduğunu deyən Monqolustan Arxeologiya İnstitutunun arxeoloqu Altangerel Enkhtur bu killiyənin ilk Türk adının yazıldığı abidə olduğunu vurğuladı
"İlk tapılan gördüyünüz bu daşdır. Daha sonra araşdırmalarımızı genişləndirdik. Torpağın üstündə olanları gördükdən sonra. O zaman 2021-2022-ci illərdə Bilgə xaqan və Gültegin külliyəsinin araşdırılmaları üzərində sürətli iş aparırdıq. Bu çox önəmli tapıntılarımızdan biridir. İkinci Göytürk dövlətinin qurucusu Qutluq xaqana aid olduğundan əminik. İndi bəzi qazıntı işlərimizi davam edirik. Eyni zamanda yazılı abidənin oxunması üzrəində də iş aparırıq. Sabah burdakı işlərimizə yekun vurub gedirik"
Monqolustanın Ötükən bölgəsində arxeoloji qazantıların aparıldığı məkanı göstərən ekspedisiya üzvləri burda tapılan iki balası olan aslan heykəlini, daşdan yonulmuş qoyun heykəlini və qazantılar zamanı tapılan daşların üzərindəki Göytürk dövlətinin tamğasının olduğunu dedilər.
Qafqaz tv-nin eyni zamnda bir turizm kanalı olduğunu bilən ekspedisiya üzvləri uzaqdan görünən Monqolustan dağları ilə də izləıyicilərimizi tanış edib Külliyənin taplıldığı məkanda gələn ildə çalışmaların davam etdiriləcəyini bildirdilər.