İLK DƏFƏDİR Kİ, FESTİVALDA ÖZ MAHNIMLA YER TUTDUM

Ukraynanın Kiyev şəhərində “2220 VIDEOCLIP Beynəlxalq musiqi festivalı” keçirilir. Festivalda Azərbaycanı “Uzaqsan” klipi ilə gənc müğənni Əmir Paşayev təmsil edir. 25 yaşlı istedadlı müğənni Əmir Paşayev festivalda 3-cü yerə layiq görülüb. Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin himayəsi altında keçirilən nüfuzlu festivalın münsiflər heyətinə Eurovision qalibi Eldar Qasımov da daxildir.