İLK DƏFƏ QUBADA DƏRMANSƏPƏN DRONLAR

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə “Alimlər fermerlərin yanında” adlı layihənin icrasına başlanıb.Layihənin əsas iştirakçıları

Aqrar Elm və İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 elmi-tədqiqat institutlarının, 48 təcrübə stansiyalarının və 9 regional aqrar elm və innovasiya mərkəzlərinin əməkdaşlarıdır.Layihə çərçivəsində ilk sahə nümayişi Quba rayonunun Barlı kəndi ərazisindəki meyvə istehsalçılarının bağ sahəsində keçirilib. Tarla gününün keçirilməsi üçün bağ sahəsinin müəyyən edilməsi “təsadüfi seçim” yanaşmasına əsaslanıb.Məqsəd bağ sahələrində innovativ bitki mühafizə tədbirlərini, eləcə də budama və gübrələmə metodlarını, həmçinin torpaq analizi və cərgəarası becərmə işlərini fermerlərə əyani nümayiş etdirməklə onların -bilikbacarıqlarını artırmaqdır.Layihənin əsas məqsədi nazirlik tərəfindən son illər həyata keçirilən fermerə yaxınlıq siyasətinin reallaşmasına dəstək göstərmək,torpaq adamlarının məsləhət-informasiya xidmətinə olan ehtiyacının təmin olunması məqsədi ilə elm adamları ilə onlar arasında münasibətlər yaratmaq, birbaşa təsərrüfatlara səfər edərək aqrotexniki qulluq, bitki mühafizə, zootexniki, baytarlıq və digər sahələr üzrə tədbirlərin həyata keçirilməsində köməklik göstərməkdir.Mütəxəssislər tərəfindən meyvə bağlarında qış müalicəsinin aparılmasının əhəmiyyəti fermerlərə izah olunub,drondan istifadə etməklə xəstəlik və zərərvericilərə qarşı profilaktik çiləmə əməliyyatı aparılıb. Tədbirdə ixtisaslı alim və mütəxəssislər:fitopatoloqlar, aqrokimyaçılar, entomoloqlar və becərmə texnologiyası üzrə kadrlardan ibarət tədqiqat qrupu və yerli meyvəçi fermerlər iştirak ediblər. Seçilmiş fermerlərin meyvə bağlarında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunuin və Quba RAEİM-in mütəxəssisləri tərəfindən quru budama işləri aparılıb və iştirakçılar budama prinsiplərini əyani şəkildə mənimsəyiblər. Meyvəçilik və Çayçılıq ET İnstitutuna məxsus mobil mini laboratoriyadan istifadə etməklə topraqda NPK-nın (azot, fosfor, kalium), eləcə də PH-ın miqdarı mütəxəssislər tərəfindən yerindəcə təyin edilib və nəticəyə uyğun olaraq gübrə dozası müəyyən edilərək fermerə təqdim olunub.Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də kənd təsərrüfatı məhsul istehsalçıları üçün tarla seminarlarının keçirilməsi nəzərdə tutulur.