Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alekseyevka kənd inzibati ərazi dairəsinin Qacar Zeyid kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət
Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.