İLHAM ƏLİYEV TDT–NİN DÖVLƏT BAŞÇILARININ QEYRİ-RƏSMİ ZİRVƏ GÖRÜŞÜNDƏ ÇIXIŞ EDİB
Baxış sayı: 14
Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdirdilər. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.
Sonda dövlətimizin başçısı və digər prezidentlər Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Türküstan Bəyannaməsini və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavininin təyin olunması haqqında qərarı imzaladılar.
Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına işgüzar səfəri mayın 15-də başa çatıb.Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yola salıb.
