III DÜNYA MÜHARİBƏSİNİN DƏQİQ TARİXİ AÇIQLANDI
Baxış sayı: 57
Sosial şəbəkələrdə məşhurlaşan hindistanlı astroloq Kuşal Kumar Üçüncü Dünya Müharibəsinin başlamasına 2 ay yarım vaxt qaldığını iddia edib.
Kuşal Kumar öz proqnozlarını əsasən planetar aspektlərin təhlilinə əsaslandırır. İqtisadi böhranlar, təbii fəlakətlər və hərbi münaqişələr - onun proqnozları çox vaxt qlobal hadisələrə aid olur. Planetlərin hərəkətlərini diqqətlə öyrənməsi və təfsirlərinin dəqiqliyi, onu dövrümüzün ən inanılmış astroloqlarından birinə çevirib. Kumarın sözlərinə görə, 2023-cü ilin sonundan 2025-ci ilin sonuna qədər olan dövr son dərəcə gərgin və təhlükəli hesab edilir. Onun proqnozuna görə, III Dünya Müharibəsi 2025-ci il avqustun 4 və ya 5-də başlaya bilər. Astroloq hesab edir ki, bu zaman dünyada genişmiqyaslı silahlı qarşıdurma ehtimalı yüksəkdir. O, proqnozlarını astroloji amillərin təsiri ilə, xüsusən də planetlərin keçidi ilə əlaqələndirir. Onun fikrincə, bu səma hərəkətləri dünya siyasi arenasında ciddi dəyişikliklər yaratmağa qadirdir.
Xatırladaq ki, "Hindistanlı Nostradamus" adı ilə tanınan Kuşal Kumar ötən ildə belə bir proqnoz vermişdi. Onun ilk proqnozu 2024-cü ilin 18 iyununa idi. Daha sonra, astroloq dünya müharibəsinin başlanma tarixini 24 və 26 iyuna "keçirmişdi". Lakin, KİV-də yayılan bilgilərə görə, "hindistanlı Nostradamus"un bütün əvvəlki proqnozları həyata keçib. Xüsusilə, o, İsrail və HƏMAS, hər iki Koreya tərəfi, Çin və Tayvan, həmçinin Rusiya və NATO arasında münaqişələri əvvəlcədən xəbər verib. Öncəgörən öz proqnozları üçün vedik astrologiya xəritəsindən istifadə edir.