II "OPEN DAGESTAN 2019" BEYNƏLXALQ TURİZM FORUMU KEÇİRİLİR

II "OPEN DAGESTAN 2019" Beynəlxalq Turizm Forumu keçirilir.Forumda Azərbaycanı dövlət turizm agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ,eləcə də Qafqaz televiziyasının direktoru Eltən Qədimbəyli təmsil edir.

Forumdan hazırladığımız materialı təqdim edirik. Forumdan əvvəl Dağıstan xalqlarının məişət əşyaları, zərgərlik, sənətkarlıq nümunələri və milli mətbəxinin zənginliyi qonaqlara təqdim olundu. open dagestan adlı II beynəlxalq turizm forumunda iştirak edən Dağıstanın başçısı Vladimir Vasiliei duz çörəklə qarşıladılar. Daha sonra öz işinə başlayan Forumun əsas mövzusu turizm və investisiya üçün əlverişli bir bölgə kimi Dağıstan Respublikasının müsbət turizm imicinin formalaşdırılması, Rusiyanın cənubunda respublikanın və bütövlükdə ölkənin turizm sənayesinin səmərəliliyini artıracaq, regional turizm məhsullarını tanıtdıracaq addımların atılması idi. Dağıstanın üstünlüklərindən danışan Vladimir Vasiliev Xəzər dənizinin turistlər, xüsusən kruiz turizmi üçün cəlbedici mərkəzlərdən biri kimi rolunu qeyd etdi.Tədbirin qonaqları arasında Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Dağıstan və Azərbaycan arasında turizm sahəsində ikitərəfli əməkdaşlıqdan danışdı.Həmçinin"Aleksandr Düma" mədəni turizm marşrutuna da toxunulub. Azərbaycan, Gürcüstan və Rusiyada turizmin inkişafına yönəldilən Layihə 1858-ci ildə Qafqazda olmuş və səfəri barədə kitab yazmış böyük fransız yazıçısı Aleksandr Dümanın səyahətinin marşrutunu əks etdirəcək. Marşrut Dağıstanın Qızlar şəhərindən başlanıb, Bakı-Quba, Bakı-Şəki istiqamətlərini əhatə edəcək və Gürcüstanın Poti şəhərində başa çatacağı deyilir. Tədbirdə Rusiya bölgələrinin, yaxın və uzaq xarici ölkələrin turizm sənayesinin nümayəndələri, ekspertlər, turizm müəssisələri, universitetlər, media nümayəndələri, habelə potensial investorlar iştirak edirdi.Foruma seminarlar, təlimlər, sərgilər, həmçinin bir sıra müqavilələrin imzalanması da daxildir