İCRA BAŞÇISI XƏSTƏLƏR ÜÇÜN QAN VERDİ

Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba

bölməsində qanvermə aksiyası keçirilib.Qanvermə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyəti başçısının aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, din xadimləri, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib. Qeyd edək ki, Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən aparılan qanvermə prosesində toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.