İCRA BAŞÇISI XƏSTƏLƏR ÜÇÜN QAN VERDİ

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və

hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilib.Mərkəzi Qan Bankı tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor tibbi müayinəsindən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib.Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq. Qanvermə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon rəsmiləri, , şəhid ailələri və qazilər, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.